Türkiyədə Zonquldak Atatürk Dövlət Xəstəxanasında işləyən İsmayıl Aydın evinə gedərkən mikroavtobusdan endirilib.
Sondakika.com xəbər verir ki, sürücü həmin şəxsi onlara koronavirus yoluxdura biləcəyi bəhanəsi ilə nəqliyyat vasitəsinə minməyə qoymayıb.
Sürücü İ.Aydına “sən xəstəxanada işləyirsən, koronavirus daşıyırsan. Özümə problem yarada bilmərəm”, - deyib və tibb işçisini mikroavtobusdan qovub.
İ.Aydın evinə taksi ilə qayıtmalı olub.
Sosial media istifadəçiləri sürücünün hərəkətini qınayıblar.