Əgər lazım olsa, ABŞ Şimali Koreya ilə münaqişənin hərbi yolla həllinə hazırdır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
“Prezident Tramp bildirib ki, əgər nə isə yolunda getməsə, biz hərbi cəhətdən buna hazır olacağıq. Ordumuz da buna hazırdır”, deyə R.Tillerson qeyd edib.
Onun sözlərinə əsasən, Birləşmiş Ştatlar KXDR-lə danışıqlara başlamaq üçün hər hansı şərtləri qəbul etməyəcək.
S.B.
www.oxu.az