ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyanın xarici işlər naziri Sergey Lavrova zəng vurub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Söhbət zamanı tərəflər rəsmi Vaşinqtonun Rusiyaya qarşı sanksiyaların genişləndirməsini müzakirə ediblər. Lavrov bildirib ki, çətin vaxtlarını yaşayan ABŞ-Rusiya münasibətləri, bu hərəkətlərlə daha böyük risk altına atılır.
Bundan əlavə, nazirlər Suriya və Ukraynanın şərqindəki vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Hər iki tərəf Minsk razılaşmalarının yerinə yetirilməsi üçün səylərin artırılmasının vacibliyini qeyd edib.
S.B.
www.oxu.az