Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Titanik”in qəzaya uğradığı yerdə içərisində milyarderin olduğu sualtı qayıq yoxa çıxdı
Turistləri “Titanik” sərnişin laynerinin batdığı yerə aparmaq üçün istifadə edilən sualtı eniş aparatı Atlantik okeanında itib.
Bu barədə bazar ertəsi Boston Sahil Mühafizəsi məlumat yayıb.
Məlumata görə, artıq axtarış-xilasetmə əməliyyatına başlanılıb. Sualtı qayıqda 5 nəfərin olduğu vurğulanır. Onların arasında britaniyalı milyarder Hemiş Hardinq də var.
Qayığın itməsinin mümkün səbəblərdən biri onun 2900 metr dərinlikdə yerləşən qayalara çırpılmasıdır.
Qeyd edək ki, “Titanik”in qalıqları təxminən 4000 metr dərinlikdə yerləşir.
Mənbə: TASS
Ən çox oxunanlar
Rəylər