Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bəyan edib ki, ABŞ-ın normativ aktlarının 70%-ni ləğv etmək olar.
Oxu.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Biz çox sayda nizamlama normalarını ləğv etməyə hazırlaşırıq. Mən bu normaların hətta 70%-dən imtina etməyin lazım olduğunu deyərdim. Bu normalar biznesin inkişafını ləngidir”, - Tramp Nyu-Hempşirdə çıxış edərkən bildirib.
Amma respublikaçının çıxışına qədər onun köməkçisi Entoni Skaramuççi bəyan edib ki, o, cari normativ aktların yalnız 10%-dən imtina etmək niyyətindədir.
N.O.
www.oxu.az