ABŞ Prezidenti Donald Tramp administrasiyasının ölkəsinin Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizədə göstərdiyi səylər barədə danışıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, D.Tramp bu barədə “Twitter” səhifəsində yazıb.
“Birləşmiş Ştatların Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ alması üçün dayanmadan işləyirik. Xəbərləri izləyin!”, - Donald Tramp yazıb.
Xatırladaq ki, 2024-cü ildə sayca 33-cü Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnu qazanmaq uğrunda Paris və Los Anceles mübarizə aparır.
ABŞ 4 dəfə yayda, 4 dəfə qışda olmaqla, ümumilikdə 8 dəfə Olimpiadaya ev sahibliyi edib. Son Olimpiya Oyunları (qış) ölkədə 2002-ci ildə keçirilib.
N.О.