ABŞ Prezidenti Donald Trampın administrasiyası nüvə proqramı ilə bağlı potensial razılaşma çərçivəsində Tehrana uranı zənginləşdirməyə icazə verməyəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp "Truth Social" səhifəsində yazıb.
"Avtopero" (ABŞ-nin keçmiş prezidenti Co Bayden - red) İranda uranın zənginləşdirilməsini çoxdan dayandırmalı idi. Potensial razılaşmamıza əsasən, biz uranın hər hansı zənginləşdirilməsinə icazə verməyəcəyik!" - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl "Axios" portalının yazdığına görə, ABŞ-nin İrana nüvə proqramı ətrafında fikir ayrılıqlarının həlli yolları ilə bağlı təklifləri Vaşinqton rəsmilərinin bu məsələ ilə bağlı ictimaiyyətə açıqladığı bəyanatların əksinə olaraq, Tehranın uranın zənginləşdirilməsini davam etdirməsini nəzərdə tutur. Portalın məlumatına görə, Vaşinqtonun mayın 30-da Tehrana göndərdiyi təkliflər İran tərəfinin uranın məhdud, aşağı səviyyədə zənginləşdirilməsi ilə məşğul ola biləcəyi və bu dövrdə davamlılıq müddətinin müəyyən ediləcəyi ilə bağlı fikir irəli sürülür.
Bildirək ki, İran və ABŞ nümayəndələri mayın 23-də Romada İranın nüvə proqramı ilə bağlı danışıqların beşinci raundunu keçiriblər. Tərəflər arasında vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi yekun olmasa da, müəyyən irəliləyişin əldə edildiyini nəzərə çatdırıb. İranın xarici işlər naziri Abbas Əraqçi məsləhətləşmələrin yekunlarına əsasən bəyan edib ki, Tehran və Vaşinqton daha 1-2 görüşdə müsbət nəticə əldə olunacağına ümid edirlər.