Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tramp ABŞ-nin sanksiya siyasətini yenidən nəzərdən keçirməyi tapşırdı
"ABŞ Prezidenti Donald Tramp ABŞ-nin mövcud sanksiya siyasətinin yenidən qiymətləndirilməsini tapşırıb, çünki bu siyasət dolların dünya ehtiyat valyutası kimi rolunu zəiflədir".
Oxu.Az-ın məlumatına görə, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
"Tramp mənə sanksiya rejimini yenidən nəzərdən keçirməyi tapşırdı. Uzun müddət ərzində bizdə mənim "passiv sanksiyalar' adlandırdığım bir yanaşma var idi. Biz hesab edirik ki, bu yanaşma dolların ehtiyat valyutası kimi rolunu zəiflədir, insanlar dollardan imtina edirlər", - deyə nazir "Fox Business" kanalına müsahibəsində bildirib.
"Biz isə maksimum effektiv sanksiyalar rejiminə keçməyi planlaşdırırıq", - Bessent əlavə edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- ABŞ Ukrayna məsələsində əməkdaşlıq üçün Rusiyaya nə təklif edə bilər?
- Trampın "gizli kardinalı"nın adı açıqlandı
- ABŞ korporasiyaları Trampın inaqurasiya mərasiminə rekord məbləğdə sərmayə qoyub
- ABŞ-də evsizlərlə mübarizədə qəribə təklif
- ABŞ-nin ticarət müharibəsində qalib: "Coca-Cola", yoxsa "Pepsi"?