Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tramp Baydeni Ukraynaya pul paylamaqda ittiham etdi
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onun sələfi Co Bayden Avropa ölkələrindən Ukraynaya ayrılan maliyyənin artırılmasını tələb etməyib, sadəcə olaraq ABŞ vergi ödəyicilərinin pullarını paylayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
"Biz Ukraynaya az qala 300 milyard dollar yardım etdik, Avropa isə 200 milyard dollardan daha az verdi. Niyə? Çünki Bayden onlardan heç vaxt pul istəməyib, sadəcə pulumuzu paylayıb", - Tramp Oval Ofisdə jurnalistlərə deyib.
ABŞ lideri əlavə edib ki, onun administrasiyası hazırda avropalı müttəfiqlərlə onların ayırdığı vəsaitin Vaşinqtonun maliyyə dəstəyi ilə "uyğunlaşdırmaq" üçün danışıqlar aparır.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp: "Putinə zəng edəcəyəm"
- Pezeşkian Trampa sərt cavab verdi: "Nə qələt edirsən, et!"
- Trampın inaqurasiyasında iştirak etmiş milyarderlər 209 milyard dollar itiriblər
- Tramp Kanada məhsullarına yeni tariflər tətbiq edib
- Trampın Yaxın Şərq siyasəti: Azərbaycan amili və dünya yəhudiliyinin yeni təşəbbüsü