ABŞ Prezidenti Donald Tramp bildirib ki, başladığı cinayətlə mübarizə çərçivəsində cümə günü axşam Vaşinqtonun küçələrində şəxsən patrul çəkəcək.
Oxu.Az-ın xəbərinə görə, Ağ Evin rəhbəri bunu radioaparıcı Todd Starnsa müsahibəsində deyib.
"Mən bu axşam küçələrdə olacağam. Təbii ki, polis və hərbçilərlə bərabər", - deyə o vurğulayıb.
Xatırladaq ki, Tramp avqustun 11-də cinayətkarlıqla mübarizə üçün paytaxta ABŞ Milli Qvardiya hərbçilərinin göndərildiyini elan etmişdi.