ABŞ prezidenti Donald Tramp İtaliya baş naziri Cuzeppe Konte ilə Trans-Adriatik boru kəməri ideyasını müzakirə edib.
Oxu.Az RBK-ya istinadla xəbər verir ki, müzakirələr Kontenin Vaşinqtona səfəri zamanı baş tutub.
“Qeyd etdim ki, strateji vəzifə ondan ibarətdir ki, İtaliyaya və Cənubi Avropa ölkələrinə enerji resurslarının nəqli təmin olunsun”, - Konte bildirib.
Xatırladaq ki, İtaliyanın ətraf mühit naziri, “Beş ulduz” hərəkatının nümayəndəsi Serji Kosta bir müddət əvvəl TAP-ın ətraf mühit üçün təhlükəli olduğunu deyib.
Tramp İtaliya baş naziri ilə TAP-ı müzakirə etdi
Rəylər