ABŞ-nin keçmiş prezidenti Donald Tramp İranın aprelin 13-ü gecə İsrailə hücumu ilə bağlı yeni paylaşım edib.
O, Tehran ABŞ-ni təhdid edərsə, İranı ciddi nəticələrlə hədələyib. Lakin bu yazı 2018-ci ildə paylaşılmış yazısının təkrarıdır.
“İran Prezidentinə: Bir daha heç vaxt, heç vaxt ABŞ-ni təhdid etməyin, əks halda elə bir nəticələrə məruz qalacaqsınız ki, tarix boyu çox az insan bununla rastlaşıb”, - deyə Trampın “Truth Social”dakı paylaşımında qeyd olunub.
O vurğulayıb ki, Birləşmiş Ştatlar indi İranın zorakılıq və ölüm haqqında sərsəm sözlərinə dözəcək ölkə deyil.
Xatırladaq ki, aprelin 13-dən 14-nə keçən gecə İran Liviya və digər müttəfiqlərinin iştirakı ilə İsrailə qarşı kütləvi hücuma keçib. Birləşmiş Ştatlar və Böyük Britaniya Qüdsün köməyinə çataq, pilotsuz təyyarələrin və raketlərin 90%-nin dəf edilməsinə kömək edib.
Mənbə: mk.ru
Rəylər