Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tramp "PayPal"ın keçmiş rəhbərini "Ağ Evin süni intellekt və kriptovalyutalar kralı" təyin etdi
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp "PayPal"ın (ABŞ-nin elektron ödəniş sistemi) keçmiş rəhbəri Devid Saksı "Ağ Evin süni intellekt (AI) və kriptovalyutalar kralı" təyin etdiyini açıqlayıb.
Oxu.Az-ın "Reuters"ə istinadən xəbərinə görə, Tramp bu barədə özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, bu, ABŞ siyasətinin yenidən nəzərdən keçirilməsi istiqamətində daha bir addımdır.
"O, qanunvericilik bazası üzərində işləyəcək ki, kriptovalyuta sənayesi tələb etdiyi aydınlığa qovuşsun və ABŞ-də inkişaf edə bilsin", - deyə Tramp bildirib.
Lakin yeni seçilmiş prezident "kral"ın rəsmi titul olub-olmadığı ilə bağlı heç nə deməyib.
Gözlənilir ki, kriptovalyuta kralı və Trampın yeni administrasiyasındakı Qiymətli Kağızlar və Birja Komissiyası, Əmtəə Füçerslərinin Ticarəti Komissiyasının sədrləri kimi digər rəsmilər yeni yaradılmış kriptovalyuta üzrə məsləhət şurası ilə birlikdə ABŞ-nin rəqəmsal valyuta siyasətini dəyişdirəcəklər.
Trampın texnologiya sahəsindəki tərəfdarları süni intellekt və "Bitcoin" kimi kriptovalyutalar istiqamətində ümumilikdə minimal tənzimləmələr görmək istəyirlər və Vaşinqtonun həddindən artıq qaydalarla artan innovativ sektorları boğacağını bildirirlər.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp administrasiyası səkkiz mindən çox şəxsi İŞDƏN ÇIXARDI
- Prezidentin Çin mediasına müsahibəsi - Dünyaya sülh, əməkdaşlıq çağırışları
- X Æ A-12 Mask: Balaca dəcəl mühüm siyasi tədbirdə bütün diqqəti özünə topladı
- "Disney" filmlərində LGBT və azlıqların təbliği dayandırılır
- Azərbaycan yeni dünya bölgüsündən nə qazanacaq?
Rəylər