Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tramp Putinin atəşkəs bəyanatını yarımçıq adlandırdı
"Rusiya Prezidenti Vladimir Putinin Ukraynada atəşkəs barədə sözləri tam deyildi".
Oxu.Az RBK-ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə görüşdə deyib.
Bununla yanaşı, Ağ Evin rəhbəri Kremlin başçısının bəyanatını çox şey vəd edən adlandırıb. O, rusiyalı həmkarı ilə atəşkəs təklifini müzakirə etməyə hazır olduğunu vurğulayıb.
ABŞ lideri xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyada ciddi danışıqlar apardığını söyləyib: "Rusiyanın düzgün davranacağına ümid edirəm".
Qeyd edək ki, V.Putin Rusiyanın Ukraynada döyüş əməliyyatlarının dayandırılması təklifi ilə razılaşdığını, lakin nüansların olduğunu bildirib.