ABŞ prezidenti Donald Tramp Qrenlandiyada öz göydələnlərini tikməyəcəyini bildirib.
Bu haqda o, “Twitter" səhifəsində yazaraq müvafiq fotokollaj da əlavə edib.
Şəkildə balaca balıqçı evlərinin yanında “Trump Tower” göydələni əks olunub.
“Söz verirəm ki, bunu Qrenlandiyada etməyəcəyəm”, - şəkil bu sözlərlə şərh edilib.
I promise not to do this to Greenland! pic.twitter.com/03DdyVU6HA
— Donald J. Trump (@realDonaldTrump) 20 августа 2019 г.