"ABŞ administrasiyası 10 günlük müddətdən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir, hərçənd bu, Ukrayna böhranının həlli ilə bağlı vəziyyətə əhəmiyyətli təsir göstərə bilməz".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
"Putinin sanksiyalardan narahat olub-olmadığını bilmirəm. Bilirsiniz, onlar sanksiyalardan xəbərdardırlar.
Mən sanksiyalar, rüsumlar haqqında hamıdan yaxşı bilirəm. Bunun hansısa effekti olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik", - deyə o vurğulayıb.