Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tramp seçkiqabağı kampaniyaya başlayıb
ABŞ-ın keçmiş Respublikaçı prezidenti Donald Tramp yanvarın 28-i şənbə günü seçki kampaniyası çərçivəsində ilk mitinqlərini keçirib.
Onun gün ərzində biri Nyu-Hempşirdə və biri Cənubi Karolinada olmaqla iki mitinq keçirəcəyi bildirilir. Bu iki ştat ölkədə respublikaçıların praymerizini keçirən ilk ştatlardandır.
Tramp ötən ilin noyabrında 2024-cü il ABŞ prezident seçkilərində namizədliyini irəli sürdüyünü açıqlayıb. O, bildirib ki, ABŞ prezidenti demokrat Co Bayden ABŞ-ı kömək istəməyə məcbur olan “kasıb ölkəyə” çevirib. Eks-prezident bəyan edib ki, Bayden ABŞ-ı tarixin ən pis dövrlərinə gətirib çıxarıb.
Mənbə: mk.ru
"Donald Tramp" teqi üzrə xəbərlər
- ABŞ məhkəməsi Trampın transseksuallarla bağlı qərarına qarşı çıxdı: Sərəncamın icrasını dayandırdı
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- Ukrayna barədə sual Ağ Ev rəhbərini təəccübləndirdi
- Maskın Trampın ofisini "bir-birinə qatan" oğlunun anası: "Mən ancaq xahiş edə bilərəm"
- ABŞ silahlarını alanlardan insan hüquqlarına riayət etmək tələbi LƏĞV OLUNDU