ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda qətl törətməkdə təqsirləndirilən şəxslərə qarşı ölüm cəzasının tətbiqini nəzərdə tutan fərman imzalayıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı ölüm hökmünün Vaşinqtonun paytaxt statusuna uyğun olduğunu qeyd edib.
"Vaşinqtonda insanları öldürənləri ölüm cəzası gözləyir", - deyə o vurğulayıb.
Tramp əlavə edib ki, fərman dərhal qüvvəyə minir.