Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Trampdan Baydenə sərt ittiham: “Çindən milyonlarla dollar alır”
ABŞ-nin keçmiş prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydeni Birləşmiş Ştatların tarixində ən pis prezident hesab etdiyini bildirib.
“O, (Bayden) ölkəmizin tarixində ən pis prezidentdir. O, korrupsionerdir, o qədər korrupsionerdir ki, mən Hillari Klintonu vicdansız adlandırmaqdan belə əl çəkdim və bu sözü Coya yaraşdırdım”, - deyə Tramp bildirib.
Bu sözləri Tramp “X” sosial şəbəkəsində yayımlanan jurnalist Taker Karlsonla müsahibəsində deyib.
Tramp iddia edib ki, Çin Baydenə milyonlarla dollar ödəyir.
“Mən hesab edirəm ki, o, bizim tariximizdə ən korrupsiyalaşmış prezidentdir. Və o, həm də ən bacarıqsız olması ilə seçilir”, - deyə əlavə edib.
Mənbə: TASS
"Çin" teqi üzrə xəbərlər
- ABŞ hərbçilərinə Çinin süni intellekt proqramından istifadəni qadağan edib
- Çində şirkət 9 milyon dolları masanın üzərinə qoydu və işçilərə pulu yığmağa icazə verdi
- "Tesla" Aİ-yə qarşı iddia qaldırıb
- Çinin dağlıq ərazisində naməlum sivilizasiyanın izləri tapıldı
- Ərləri ilə münasibətə girən qadınları təhqir etdirən rəhbər - ARAŞDIRMA
Rəylər