Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Trampdan Rusiyaya qarşı sanksiya
ABŞ Prezidenti Donald Tramp Rusiya bayrağı altında üzən və ya başqa şəkildə Rusiya ilə bağlılığı olan gəmilərin Birləşmiş Ştatların limanlarında qəbuluna qoyulmuş qadağanın müddətini daha bir il uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin ABŞ Federal Reyestrində yerləşdirilmiş sənədində deyilir.
Sənəddə deyilir ki, Rusiya hökumətinin siyasəti və hərəkətləri ABŞ-nin beynəlxalq münasibətlərinə zərər vurduğuna və ya belə bir təhlükənin yaradılmasına görə Vaşinqton üçün milli miqyasda fövqəladə vəziyyət yaratmağa davam edir.
Qeyd edək ki, müvafiq qadağa 2022-ci il aprelin 21-də ABŞ-nin keçmiş Prezidenti Co Bayden tərəfindən tətbiq edilib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp Zelenskiyə seçim təklif etdi: "Ya sülh, ya da daha üç il müharibə"
- Tramp Yaxın Şərqə səfər edəcək: Ağ Evin sözçüsü tarixi açıqlayıb
- ABŞ prezidenti antixristian qərəzliyini aradan qaldırmaq üçün qrup yaradıb
- ÜST rəhbəri kütləvi ixtisarların anonsunu verdi: "650 milyon dollara qədər kəsir yaranıb"
- Tramp Çinə qarşı tarifləri azaldır