ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp gələcəkdə ölkə prezidentliyinə namizədliyini irəli sürəcəyini istisna etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Nikkei" qəzetinə müsahibəsində danışıb.
"Mən "yox" demirəm, amma "hə" də demirəm", - deyə Erik Tramp vurğulayıb.
O, bunu heç vaxt istisna etmədiyini söyləsə də, biznes sahəsində fəaliyyət göstərməyi bəyəndiyini etiraf edib.
Qeyd edək ki, Erik Tramp "World Liberty Financial" kriptovalyuta şirkətini idarə edir.