ABŞ Prezidenti Donald Trampla yaxın münasibətlərindən danışan pornoaktrisa Stormi Deniels ölkəsində payız aylarında işıq üzü görəcək komikslər seriyasının müəlliflərindən biri və baş qəhrəmanı olacaq.
Bu barədə “TidalWave Productions” xəbər yayıb.
“Nəhayət, xəbər verə bilərik: Bu payız Stormi Deniels “Kosmik qoşunlar”da komiks qəhrəmanı roluna qayıdacaq. Biz il başlayandan onunla bunun üzərində işləyirik”, - deyə şirkət özünün “Twitter” səhifəsində elan edib.
Komikslər “Stormy Daniels: Space Force” adı ilə dərc olunacaq.
Qeyd edək ki, Deniels ABŞ Prezidenti Donald Trampı seksual xarakterli hərəkətlərdə ittiham edən 20 qadından biri idi. İndiyə qədər bu iddiaların heç biri sübut olunmayıb.
Ötən ilin oktyabr ayında Nyu-Yorkun Federal Məhkəməsində Denielsin iddiası rədd olunub. Tramp pornoaktrisanı dələduzluqda ittiham edib.