Tunisin Baş-naziri Elias Fahfah bəyan edib ki, ölkədə koronavirus pandemiyası ilə bağlı aprelin 20-dək tətbiq edilən karantin rejimi mayın dördünədək uzadılıb.
“İnterfaks” xəbər verir ki, onun sözlərinə görə, qeyd edilən tarixdən sonra iqtisadi fəaliyyətə qoyulan qadağanın mərhələli şəkildə götürülməsi planlaşdırılır.
“Normal həyata qayıdış tez zamanda baş verməyəcək. Dörd maydan sonra belə karantin rejiminin yumşaldılması iqtisadiyyatın bəzi sahələrinə toxunacaq”, - deyə baş nazir qeyd edib.