Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tunisdə koronavirus səbəbindən komendant saatı tətbiq edilir
Tunis Prezidenti Qeys Səid dünən koronavirusla mübarizə çərçivəsində ölkə ərazisində komendant saatının tətbiq edildiyni elan edib.
“Gazeta.ru” xəbər verir ki, bu bəyanat ölkənin mərkəzi televiziyası vasitəsi ilə yayımlanıb.
18 martdan başlayaraq Tunis vətəndaşları saat 18:00-dan 06:00-a dək evdən çölə çıxa bilməyəcəklər.
Qeyd etmək lazımdır ki, Tunisdə 25 nəfər koronavirusa yoluxub.
Ən çox oxunanlar
Rəylər