Tunisin paytaxtında milli muzeyə edilən silahlı hücumda ölənlərin sayı artıb.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, onlardan 17-si xarici turistlərdir.
Girovların azad edilməsi üzrə əməliyyatın başa çatdığı bildirilir. Əməliyyat zamanı 1 tunisli polis və 2 silahlı ölüb.
Hələlik hücuma görə cavabdehliyi heç kim üzərinə götürməyib.
Xatırladaq ki, martın 18-də naməlum silahlılar Alaun (Bardo) Milli Muzeyinə hücum edərək orada olan turistlərə atəş açıblar.