Türk iş adamı Hüsnü Özyeğin Rusiyada bankını satır.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Fiba Holdingin rəhbəri Hüsnü Özyeğin Rusiyada qismən sahibi olduğu bankı “Kredi Europe”u satmağa hazırlaşır.
Rusiya mətbuatı isə bankın satışa çıxarılmasına səbəb kimi Rusiya ilə Türkiyə arasındakı siyasi gərginliyi əsas göstərib. Bildirilib ki, bu başlanğıc digər türk kapitallı şirkətlərin də Rusiya bazarından çıxmasına təsir edəcək.
Xatırladaq ki, bankın ümumi dəyəri 300 milyon dollardır. Bu gün bank 4,5 milyon nəfərdən çox fiziki və 16 min korporativ müştəriyə xidmət göstərir.
Məlumat üçün bildirək ki, Hüsnü Özyeğinin sahibi olduğu “Fiba Holding” 1987-ci ildən fəaliiyyət göstərir. Holdinq mailiyyə sektoru ilə yanaşı, otel, əmlak, enerji sahələri olmaq üzrə bir çox sahələrdə fəaliyyətdədir. Holdingin 14 ölkədə şöbəsi var.
Ülviyyə R. Əli
www.oxu.az