ASELSAN türk hərbi-sənaye şirkəti beynəlxalq konsorsiumun tərkibində NATO-nun raket əleyhinə müdafiə sisteminin (RƏM) inşaatı ilə məşğul olacaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şirkətin çərşənbə axşamı yayılmış məlumatında bildirilir.
Fevralda NATO-nun İnformasiya və Kommunikasiya Agentliyi (İKA) NATO-nun RƏM sistemi üzərində işləyəcək Amerikanın Leidos şirkətinin konsorsiuma başçılıq etdiyini elan etmişdi.
Leidosun rəhbərlik etdiyi qrupaAmerikanın Boeing Company və Parsons, Türkiyənin ASELSAN, Britaniyanın QinetiQ, Kanadanın RIMPAC, Niderlandın Thales və Almaniyanın TMS şirkətləri daxildir. Sənaye konsorsiumunun NATO-nun RƏM sistemi memarlığının spesifikasının və verifikasiyasının işlənməsini təmin edəcəyi gözlənilir.
“ASELSAN ABŞ, Kanada, İngiltərə, Fransa və Niderlanddan olan 8 şirkət sırasında öz imkan və bacarıqlarını, o cümlədən RƏM sistemlərinin test edilməsi təcrübəsini istifadə edərək NATO-nun RƏM inşaatını inkişaf etdirəcək. Məqsəd onun strukturunun sadələşdirilməsi və sistemin NATO tərəfindən idarəsinin yaxşılaşdırılmasıdır”, - şirkət bildirib.
Bəyanata müvafiq olaraq şirkət bu sahədə bütün üzv ölkələrə öz nou-xaunu təqdim edəcək. Layihə NATO-nun Niderlanddakı İKA bazasında realizə ediləcək, bu barədə ASELSAN-ın məlumatında deyilir.