İstanbuldan Lissabona uçan “Turkish Airlines” avia şirkətinin təyyarəsinin uçuş hava limanına qayıtmasının səbəbi məlum olub.
Oxu.Az xəbər verir ki, təyyarə hava limanına şübhəli yükün aşkar olunmasından sonra qayıdıb.
Təyyarənin göyərtəsində 170 sərnişin olub. Bildirilir ki, onlar Lissabona uçacaq digər təyyarəyə yerləşdiriliblər.
Öncə məlumat verilmişdi ki, təyyarə partlayış təhlükəsinə görə hava limanına qayıdır.
16:27
İstanbuldan Lissabona uçan “Turkish Airlines” avia şirkətinin təyyarəsi uçuş hava limanına qayıdır. Reuters agentliyi xəbər verir ki, səbəb hələ məlum deyil.
Bəzi məlumatlara əsasən, təyyarənin göyərtəsində partlayıcı qurğunun olması barədə məlumat alınıb.
Digər təfərrüatlar hələ açıqlanmır.