Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyə ABŞ-ın tikinti materiallarından imtina edir
Türkiyənin Ətraf Mühitin Mühafizə və Şəhərsalma nazirliyi ABŞ-ın tikinti materiallarının istifadəsindən imtina edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ətraf mühitin mühafizə və şəhərsalma naziri Murat Kurum bəyan edib.
Onun sözlərinə görə, bu, Amerika hökumətinin valyuta kurslarına çirkli müdaxiləsinə cavab addımıdır.
Kurum qeyd edib ki, Türkiyənin daşınmaz əmlak bazarına ciddi təsir göstərəcək yol xəritəsi üzərində işlər aparılır.
“Daşınmaz əmlak sahəsinin aparıcı nümayəndələri 2016-cı il hərbi çevriliş cəhdindən sonra vətəndaşları dəstəkləmək üçün təqdirəlayiq addımlar atıblar.
Ölkəmizin iqtisadi blokadasına cavab olaraq indi də analoji dəstək göstəriləcək, vətəndaşlara məqbul qiymətlərlə ev almaq imkanı yaradılacaq”, - nazir əlavə edib.
Rəylər