Türkiyə Avropa İttifaqına (Aİ) daxil olacağı halda birliyin ordusunu 60 min nəfərlə təmin edə bilər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Aİ məsələləri üzrə naziri Volkan Bozkır bəyan edib.
Çexiyanın Türkiyədəki səfiri Pavel Kafka ilə görüşdə türkiyəli nazir qeyd edib ki, Avropa İttifaqının bu günə qədər ordusu yoxdur və buna görə də onun mövqeyi yumşaq qüvvə mövqeyidir.
Qeyd edək ki, Aİ-nin silahlı qüvvələrinin yaradılması məsələsini şərh edən NATO-nun baş katibi Yens Stolenberq deyib ki, ordu NATO-nun funksiyalarını təkrarlamamalıdır.
“Mən Avropanı bizim alyans daxilində etdiyimiz işləri tamamlayan işlər görməyə çağırıram”, - o bildirib.