Türkiyə Xarici İşlər Nazirliyi İnsan Haqları üzrə Avropa Məhkəməsinin (İHAM) Türkiyənin 1974-cü ildə Kıbrıs adasında keçirilən əməliyyatlarına görə yunan-Kıbrıs hakimiyyətinə təzminat ödəməlidir.
Oxu.Az TRT telekanalına istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən Türkiyə 90 milyon avro məbləğində təzminat ödəməlidir.
“Qərar yanlışdır və hüquqi bazaya malik deyil və praktikada yerinə yetirilməsi mümkün deyil”, nazirliyin rəsmi məktubunda deyilir.
Bəyanatda, həmçinin diqqət yunan-Kıbrıs tərəfindən 2010-cu ildə qaldırılan iddia üzrə qərar, adada bu problemi həll etmək üçün bütün qüvvələr səfərbər edildiyi bir zamanda verildiyinə yönəldilir.
“Məhkəmənin qərarı Türkiyəni bu problemin həlli məsələsində öz ədalətli və doğru mövqeyindən imtina etməyə məcbur edə bilməz”, - XİN bəyanatında qeyd edilir və hər iki tərəfə danışıqlar prosesini dəstəkləmək üçün çağırış kimi səslənir.