Türkiyənin məşhur jurnalisti Fatih Altaylı internetdə çox məşhur olan Ege şivəsilə yazılan “Müstəqil Ege Projesi” məktubuna öz köşə yazısında yer ayırıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, məktubda egelilərin dili ilə Türkiyənin əzəli problemlərinin həll edilməsi, yeni bir dövlət proyekti məzəli formada təqdim olunur:
Altaylı isə həmin layihəyə “Adı müstəqil Ege layihəsi. Ciddi deyil. Amma diqqət yetirilməlidir” adını verib.
Məktub belədir:
“Xəritəmiz məlumdur. Şimalda Çanaqqala, cənubda Antalya, qərbdə Yunanıstan, cənub-şərqdə Afyon (Afyon dövlətimiz ola bilməz. Yoxsa xeyli xərc ödəyə bilərik). Bodrum, Çeşmə də bizdədir. Liman bölgəmiz İzmirdir. Paytaxt da İzmir olar. Günəş də, külək də var, enerjimiz də var. 11 milyon əhali. Rəsmi dilimiz Dengizlicə. İnanımız. Yaxşıdır. Avropa Birliyinə bu gün və ya sabah üzvük. Layihəmizin adı Müstəqil Ege Proyektidir (BEP). Allaha şükür”.
