Türkiyədə keçirilən parlament seçkisində səsvermə başlayıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, 7 iyunda XXV çağırış Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkidə 20 partiya iştirak edir. Böyük Birlik Partiyası isə seçkiyə Səadət Partiyası ilə birgə “Milli İttifaq” koalisiyası çərçivəsində seçkidə iştirak edir.
Seçkidə 166 müstəqil namizəd iştirak edir. Türkiyə vaxtı ilə saat 7-də başlamış səsvermə saat 17-də sona çatacaq. İlk nəticələrin saat 21-dən etibarən elan edilməsi gözlənilir.
Seçki ərəfəsində açıqlanan son ictimai rəy sorğularına görə, iqtidardakı Adalet ve Kalkınma Partisi (AKP) 38-44%-lik səs faizi ilə birinci yerdə görünür. Ana müxalifətdəki Cümhuriyyet Halk Partisi (CHP) 28-30%-lik çizgidə ikinci yerdə, müxalifətdəki Milliyetçi Hareket Partisi (MHP) 15-17%-lik çizgiylə üçüncü yerdə, Halkların Demokratik Partisi (HDP) isə 10.5-12%-lik çizgidə dördüncü yerdə görünür.
Beynəlxalq təşkilatlar uzun müddətdən sonra 30 mart 2014-cü ildə keçirilmiş bələdiyyə seçkisini müşahidə ediblər. Bu gün keçirilən parlament seçkisi də beynəlxalq təşkilatların müşahidə teleskopu altına alınıb.