“Kayseri şəhərində törədilmiş terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb”.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, terror aktında iştirakda şübhəli bilinən daha 5 nəfər barəsində axtarış elan olunub.
Qeyd edək ki, bu gün səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 13 hərbçi həlak olub, 55-i yaralanıb. Ölkənin baş naziri Binəli Yıldırım Kayseri şəhərindəki terror aktını terrorçu-kamikadzenin törətdiyini bildirib.
S.S.
www.oxu.az