“Türkiyə Qafqaz regionunun sülh şəraitində gələcəyə doğru möhkəm addımlar atacağına inanır, Ermənistanın uzadılmış sülh əlini tutacağına ümid edir və Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olması üçün səmimi səyləri dəstəkləyir”.
Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk brifinqdə söyləyib.
Qeyd olunub ki, hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsi və təliminə, erməni işğalından azad edilmiş rayonlarda mina və kustar üsulla hazırlanmış partlayıcı qurğuların axtarışı və məhv edilməsi fəaliyyətlərinə dəstəyini davam etdirir.
Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsi, həmçinin, sentyabrın 15-də Bakının düşmən işğalından azad edilməsinin 105-ci ildönümünün qeyd olunacağını vurğulayıb, Nuri Paşa və onun komandanlığı altında olan Qafqaz İslam Ordusunun qəhrəman şəhid və veteranlarını rəhmət və ehtiramla yad etdiklərini əlavə edib.
“Türkiyə Ermənistanın ona uzadılmış sülh əlini tutacağına ümid edir” - VİDEO
Mənbə: Haber7
Rəylər