Konçita Vurst və onun avropa mahnı müsabiqəsində qələbəsi ətrafında söz-söbətlər səngimək bilmir.
Oxu.az xəbər verir ki, əvvəlcə “saqqalı xanımın” qələbəsinə Rusiya tənqidi yanaşaraq onu öz televiziya verilişlərinə dəvət etməkdən imtina edib. İndi isə Türkiyə “Eurovision” ilə birdəfəlik vidalaşdığını bəyan edib.
Hakimiyyətdə olan partiyanın deputatı və Böyük Milli məclisin xarici əlaqələr üzrə komitənin sədri Volkan Bozkır bəyan edib ki, çox yaxşı ki, onun ölkəsinin bu il müsabiqədə iştirak etməyib. Çünki saqallı qadın obrazı müsəlman ənənələrinə təhqirdir. Və son illərdə “Eurovision” mahnı müsabiqəsi olmasına baxmayaraq, vokala görə qiymət vermir.
Konservativliyi ilə seçilən ölkə, 2012-ci ildən etibarən müsabiqədə iştirak etməkdən imtina edib. O, zaman səsverməni şərtləri dəyişdi – iştirakçılara televiziya tamaşaçılarından başqa münsiflərdə qiymət verməyə başladı. O, zaman türklər etiraz əlaməti olaraq iştirak etmədilər. “yupkada saqqalı gözəlin” qələbəsindən sonra isə ümumiyyətlə iştirak etməməyi qərara aldılar.