Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib ki, “Nurçular” dini cərəyanının lideri Fətullah Gülənin fəaliyyətinə dair istintaq zamanı onun ABŞ-dan ekstradisiyasını tələb etmək üçün lazımi sənədlər toplanıb.
“Əgər Türkiyənin siyasi arenasına xaricdən təsir göstərmək cəhdi varsa, o zaman bizim birmənalı şəkildə onun qarşısını almaq üçün tədbirlər görməyə haqqımız var”, -
Konya şəhərində jurnalistlərlə görüşən baş nazir bildirib.
Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Pensilvaniyada yaşayan F.Gülənin və Türkiyədə qanunsuz hakimiyyət dəyişməsinə cəhd arasında əlaqənin olması açıq-aşkardır, bunu türk KİV-i bildirir.
“İstənilən halda, biz Türkiyənin özündə hüquqi prosesin başa çatmasını gözləyəcəyik”, - o əlavə edib.