“Türkiyə hava tolları” Parisdə baş verən terror aktlarına görə Fransaya bütün reysləri dayandırıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən uçuşlar noyabrın 21-nə qədər dayandırılıb.
Fransaya uçuşlar bərpa edildikdən sonra sərnişinlər ləğv olunmuş reyslərə aldıqları biletlərdən cərimə ödəmədən istifadə edə biləcəklər.
Xatırladaq ki, Parisdə noyabrın 13-də törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb, onlardan 99 nəfərinin vəziyyəti kritikdir.