Çində yayılan ölümcül koronavirus səbəbindən Türkiyə Səhiyyə Nazirliyi İstanbul Hava limanında bu ölkədən gələn sərnişinlər üçün xüsusi tədbirlər həyata keçirir.
Bu barəcə CNN xəbər yayıb.
Bildirilir ki, sərnişinlər xüsusi termal kamera ilə yoxlanılırlar: Çinin Quanqzou, Pekin və Şanxay şəhərlərindən gələn sərnişinlər ancaq bu yoxlanışdan sonra şəhərə buraxılıblar.
İstanbul hava limanının baş həkimi dr. Aykut Yener Kavak belə tədbirlərin yanvarın 13-dən etibarən aparılmağa başlandığını deyib.
“Mediadan da izlədiyimiz kimi, yanvarın 1-dən etibarən Çinin Uxan şəhərində koronavirus epidemiyası yayılıb. Biz də yanvarın 13-dən etibarən tədbir görməyə başladıq. Əvvəl oradan gələn uçuşları ləğv etdik”.
Onun sözlərinə görə, termal kameralar 38 dərəcədə yuxarı bədən temperaturunu kamerada əks etdirən sistemdir:
“Beləliklə, həmin an kamera qarşısında keçərkən temperaturu 38 dərəcədən yuxarı olan insanları seçməyimizə imkan verir. Əgər temperaturu yüksəkdirsə, həmin şəxsi qrupdan ayırıb müayinə edir və sorğulamağa başlayırıq”.
Həkimin sözlərinə görə, əgər risk varsa, o zaman bu şəxslər karantinli otaqlarda dəyərləndirmə bitdikdən sonra xüsusi təchiz olunmuş təcili yardım maşınları ilə müəyyən olunmuş xəstəxanalara aparılırlar.
Rəylər