Türkiyə terrorçu İŞİD qruplaşmasının Suriyanın Hələb və Azez şəhərlərinə ardıcıl hücumları və burada gedən döyüşlərlə əlaqədar öz sərhədlərindəki qoşunlarının sayını artırıb.
Oxu.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Gaziantep – Kilis sərhəd xəttinə cavabdeh olan 5-ci zirehli briqadanın bölmələri 190 kilometrlik məsafədə müdafiə qurublar.
Əraziyə tank, zirehli transportyorlar, hava hücumundan müdafiə sistemləri və canlı qüvvə, həmçinin İŞİD-in “cəhənnəm topu” adlandırdığı, 40 kilometr məsafədə hədəfləri məhv etməyə qadir “Fırtına” topları yerləşdirilib.