Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyə kosmosa ilk peykini buraxmağa hazırlaşır
Dünyanın ən böyük pilotsuz uçuş aparatları istehsalçılarından biri olan Türkiyənin “Baykar” şirkəti 2025-ci ildə kosmosa öz peykini buraxmağı planlaşdırır.
Bu barədə şirkətin İdarə Heyətinin sədri Selçuk Bayraktar bildirib.
Onun sözlərinə görə, kosmik layihə üzərində il yarımdır iş gedir.
“Hər kəsin getdiyi yerə getmirik: Gələcəyi əvvəldən görür və bu gələcək üçün yarışa bu gündən hazırlaşırıq. Kosmik texnologiya sahəsində aşağı orbit peykləri və orbital ötürmə vasitələri üzərində işləyirik. İlk peykimizi 2025-ci ildə kosmosa göndərəcəyik”, - deyə o vurğulayıb.
Yeni texnologiyanın qlobal naviqasiya sistemləri və xüsusi rabitə proqramları üçün innovasiyaların inkişafına dəstək verəcək peyk olacağı gözlənilir.
Mənbə: Axşam.com.tr
"Selçuk Bayraktar" teqi üzrə xəbərlər
- Bayraktar qardaşları "Forbes"un milyarderlər siyahısında
- Kosmik yarışda yeni addım: "SpaceX" Türkiyənin "Baykar" şirkətinin peykini buraxdı
- Selçuk Bayraktar Azərbaycanın Müstəqillik Gününü təbrik etdi
- Türkiyə aviasiyasının qızıl dövrü: “Bayraktar” səsdən sürətli raketin sınağını keçirdi - FOTO/VİDEO
- Azərbaycanın müdafiə naziri Selçuk Bayraktar ilə görüşüb - FOTO