Türkiyə Lüksemburqdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirliyi açıqlama yayıb.
“Lüksemburq parlamentinin “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi bəyanatı qınayırıq və qətiyyətlə rədd edirik. Səfirimiz Levent Şahinkaya məsləhətləşmələr üçün Ankaraya çağırılıb”.
Qeyd edək ki, Lüksemburq parlamenti son iclasında qondarma “erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsini qəbul edib.