Türkiyənin Şırnaq bölgəsində terrorçuların hücumu nəticəsində 2 əsgər şəhid olub, bir əsgər yaralanıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK terrorçuları Araköy kəndində yol kənarına quraşdırdıqları partlayıcı qurğunu əsgərlərin olduğu avtomobilin keçdiyi zaman partladıblar.
Partlayışdan dərhal sonra hərbçiləri raket və pulemyotlardan atəşə tutan terrorçular 2 hərbçini öldürüb, biri əsgər, digəri kənd mühafizəçisi olmaqla, daha 2 nəfəri yaralayıblar.
Hadisə yerindən qaçan terrorçuların ələ keçirilməsi üçün bölgədə havadan dəstəklə həyata keçirilən əməliyyat başlayıb.