Türkiyə Silahlı Qüvvələrinə aid 50 maşından ibarət hərbi karvan bu gün səhər saatlarında İdlibə daxil olub.
Bu barədə Haberler.com məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələrinin İdlibə daxil olmaq səbəbinin təhlükəsizlik bölgəsi yaratmaq olduğu qeyd edilib.
İdlibə daxil olan Türkiyə ordusu birləşmələrini Suriya Milli Ordusu müşayiət edib.