Türkiyə parlamentində münaqişə baş verib.
Oxu.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) millət vəkilləri arasında mübahisə yumruq-təpik davasına çevrilib.
Mübahisəyə səbəb İŞİD məsələsi olub. Müzakirələr zamanı MHP-li millət vəkili Sinan Oğanın fikirlərinə AKP deputatları çox sərt formada etiraz ediblər.
Nəticədə mübahisə yaranıb, sonra isə yumruq-təpik davası düşüb.
Sinan Oğanın ciddi xəsarət aldığı bildirilir.