Ötən gün yerli vaxtla axşam saat 10:30-da İstanbulun Ortaköy ərazisində dilənçilərə qarşı əməliyyat keçirən polislər uşağı olduğunu inadkarlıqla söyləyən qadın dilənçinin kürəyindəki şalı açdıqda oyuncaqla qarşılaşıblar.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, "Kürəyimdə uşaq var" deyən dilənçinin şalının içinə baxan polislər şoka düşüblər.
Polislər insanlara xəbərdarlıq edərək: "İnsanları belə aldadırlar. Ayıb deyilmi" deyərək sərt reaksiya veriblər.
A.M.