Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Türkiyə mətbuatına verdiyi müsahibədə Cənubi Qafqazda son vəziyyəti dəyərləndirib, ABŞ-dakı Erməni lobbisinin fəaliyyətindən və Türkiyə-Ermənistan münasibətlərindən danışıb.
İ.Kalın bildirib ki, hazırda Cənubi Qafqazda fərqli proseslər cərəyan edir:
“Erməni diasporun bütün enerjisi və arqumentləri boşa çıxıb. Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır”.
Türkiyə prezidentinin sözçüsü qeyd edib ki, Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atırlar.
O, normallaşmanın ən çox Ermənistanın xeyrinə olacağını vurğulayıb.
Türkiyə rəsmisi söyləyib ki, dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistan Türkiyə ilə əlaqələri normallaşdırarsa, bundan həm siyasi, həm də iqtisadi faydalar əldə edə bilər.
Mənbə: Haberturk