Türkiyədə Egey dənizi sahillərində miqrantları daşıyan gəmi batıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər ölüb.
Qeyd edilir ki, gəminin göyərtəsində əsasən qaçaq yolla Yunan adalarına keçməyə çalışan suriyalı qaçqınlar olub.