Moskvada ov tüfəngindən Türkiyə səfirliyinin binasını atəşə tutan şəxs erməniymiş.
Oxu.Az-ın “Moskovskiy Komsomolets”-ə istinadən verdiyi məlumata görə, “Dobriy Les” şirkətinin baş direktoru, 43 yaşlı Artur Mirzoyanın hədəfi Türkiyənin gerbi olub.
Onun açdığı hər iki atəş düz hədəfə dəyib.
Mirzoyan hadisəni törədəndən sonra qaçıb gizlənmək istəsə də, polis tərəfindən dərhal saxlanılıb.
Hadisənin motivləri hələ açıqlanmasa da, polis güman edir ki, insidentin səbəbi son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən sonra daha da qızışan, əsrlər boyudur, erməni və türk millətləri arasında davam edən ədavətdir.
12:40
Bu gün Türkiyənin Rusiyadakı səfirliyinin binası atəşə tutulub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Moskva polisi səfirliyin binası üzərində bərkidilən lövhəsini atəşə tutan şəxsi saxlayıb. İnsident bu gün 08:20-də qeydə alınıb.
Atəş açan şəxs dərhal polis şöbəsinə aparılıb.
Hadisə zamanı zərərçəkən olmayıb.