Türkiyə daşıyıcısı Turkish Airlines (ТА) Boeing 777-lərindən birinin füzelyajının yeni rənglənməsinə başlayıb.
Anadolu agentliyinin məlumatına görə, onun ənənəvi ağ bortlarında indi iki qəhrəman Supermen və Betmenin loqotipləri yer alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, TA təyyarəsinin yeni rənglənməsi – Warner Brothersstudiyasının “Betmen Supermenə qarşı: Ədalət üfüqündə” (Batman VS Superman: Dawn Оf Justice) bloqbasterinin gözlənilən reklamının bir hissəsidir.
TA filmin və onun iki qala-nümayişinin rəsmi sponsoru olub. Qala təqdimatlar 24 və 25 mart tarixində Böyük Britaniya və ABŞ-da olacaq. Şirkətin idarə heyətinin sədri İlker Ayci qeyd edib ki, Warner Brothers ilə razılaşmaya əsasən TA-nın reklamı filmin özündə də prodakt-pleysment kimi göstəriləcək.
“Biz gün ərzində Türkiyə və ABŞ arasında beş min sərnişin daşıyırıq. Atlanta reysinin açılışından sonra bizim ABŞ-da artıq doqquz məntəqəmiz olacaq. Sərnişinlərin sayı isə 6,5 minə qədər artacaq. Markanın tanınmasına görə, bizim şirkət Almaniyanın Lufthansa şirkətini bir pillə geridə qoyub”, - TA-nın rəhbəri bildirib.
Sponsorluğa razılıq çərçivəsində Türkiyə daşıyıcısı öz müştəriləri üçün bir sıra aksiyalar hazırlayıb. Təyyarənin göyərtəsində olan uşaqlar super-qəhrəmanların fiqurlarını və franşizanın loqotipləri ilə digər əşyaları hədiyyə alacaqlar.
Arzu edənlər filmin simvolikası olan Miles&Smiles kartını qeydiyyatdan keçirə bilərlər, bundan başqa biznes-klass sərnişinlərini də sürprizlər gözləyir.
Bununla yanaşı, Warner Brothers rəsmi olaraq TA-ya məşhur “Betmobili” bütün dünyada proumotr aksiyalarının və filmin təqdimatlarının keçirildiyi məkanlara daşımağa etibar edib.